33 yaşlı futbolçu özü "gənclik şəhəri" təmsilçisi ilə vidalaşmaq niyyətindədi. Artıq onun xidmətində maraqlı olan komanda da var. Belə ki, "transfer pəncərəsi”ndə heyətində ciddi dəyişikliklər edəcək “Keşlə”...

Qış transfer dönəmində "Sumqayıt"ı tərk edəcək ilk futbolçu böyük ölçüdə müəyyənləşib. Matç.az saytının əldə etdiyi məlumata görə, müdafiəçi Rail Məlikov komandadan ayrılmağa hazırlaşır.

33 yaşlı futbolçu özü "gənclik şəhəri" təmsilçisi ilə vidalaşmaq niyyətindədi. Artıq onun xidmətində maraqlı olan komanda da var. Belə ki, "transfer pəncərəsi”ndə heyətində ciddi dəyişikliklər edəcək “Keşlə”, xüsusən də, müdafiə xəttini gücləndirmək niyyətindədi. "Sumqayıt"la vidalaşmağı planlaşdıran Məlikov da böyük ehtimalla məhz bakılılarla anlaşacaq.

Qeyd edək ki, futbolçu karyerası boyunca “Bakı”, “Neftçi”, AZAL, “Qəbələ” kimi komandalarda çıxış etmiş Rail Məlikov Türkiyədə “Dənizlispor” klubunda da oynayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest