İtaliyanın "Verona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Cenoa"dan Stefano Sturaronu heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Verona"da çıxış edəcək.
 
"Verona" yayda 5 milyon avro ödəyərək, Sturaronun transfer hüquqlarını ala bilər.
 
2014-2019-cu illərdə "Yuventus"da çıxış edən yarımmüdafiəçi İtaliya yığmasında 4 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest