"Ola bilsin, Küveytlə iki yoldaşlıq oyunu keçirək. Bu plan reallaşmasa, Serbiya ilə qarşılaşmağımız mümkündür"

Futzal üzrə Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib. Matç.az xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Joze Alesio Azərbaycan Futzal Federasiyasının saytına müsahibəsində açıqlayıb.

O bildirib ki, yığmamızın apreldə təlim-məşq toplanışı planlaşdırılıb. Alesio yoxlama oyunlarının da nəzərdə tutulduğunu vurğulayıb: "Ola bilsin, Küveytlə iki yoldaşlıq oyunu keçirək. Bu plan reallaşmasa, Serbiya ilə qarşılaşmağımız mümkündür. Onlar bizimlə oynamaq istəyirlər. Oyunların harda keçiriləcəyini danışacağıq".

Baş məşqçi yığmamızın turnirə qatılacağını da qeyd edib: "Sentyabrda isə Rusiyada turnir təşkil ediləcək. Orada iştirakımızla bağlı da şifahi təklif almışıq. Ancaq hələ rəsmi təklif və təsdiq yoxdur. Avqustda da toplanış keçirə bilərik. Yoldaşlıq oyunlarının sayını çoxaltmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest