"Mükəmməl oyunçuları olan güclü rəqibi məğlub etməyə çalışacağıq. Nə düşündüyümüzü bilirlər, amma dəyişməyəcəyik"

"çelsi" Tomas Tuxelin gəlişindən sonra çox dəyişib". Matc.az xəbər verir ki, bunu Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone deyib. çempionlar Liqasının 1/8 final mərhələsinin "çelsi" ilə ilk oyunu haqda fikirlərini bölüşən argentinalı mütəxəssis bildirib ki, London təmsilçisi indi daha yaxşı təsir bağışlayır. 

"Rəqib möhtəşəm futbolçuları olan güclü bir komandadı. Yaxşı maliyyə qoyulub. Məsələn, "çelsi"nin üç qapıçısının səviyyəsi komandanın potensialından xəbər verir. Hücumçuları Avropanın istənilən komandasında oynaya bilər" - deyə, Simoene vurğulayıb.

Mütəxəssis bildirib ki, rəqib gülcü olsa belə, komandası qələbəyə oynayacaq: "Mükəmməl oyunçuları olan güclü rəqibi məğlub etməyə çalışacağıq. Nə düşündüyümüzü bilirlər, amma dəyişməyəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest