Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Almaniyanın “Borussiya” (Dortmund) klubu doğma meydanda İspaniya “Sevilya”sını qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda dortmundlular 3:2 hesablı qələbəyə sevinmişdilər. Cavab matçı heç-heçə bitsə də, sonda növbəti mərhələyə vəsiqə Almaniya təmsilçisinə qismət olub.
 
İtaliyada isə yerli “Yuventus” Portuqaliya “Portu”sunu qəbul edib. İlk oyunda rəqibinə 1:2 hesabıyla uduzan “qoca sinyora” mərhələ adlamaq mütləq fərqli hesabla qələbə qazanmalı idi. Lakin Turin təmsilçisi ümumi hesabda tarazlıq yarada bilsə də, səfərdə daha çox qol vurması "Portu"nu 1/4 finala daşıyıb.
 
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
9 mart
 
00:00. "Borussiya" (Dortmund) - "Sevilya (İspaniya) - 2:2
Qol: Haland, 35; 54 – En Nesiri, 69-pen; 90+6.
Dortmund, "Siqnal İduna Park". Baş hakim: Cüneyt Çakır (Türkiyə)
(ilk oyun - 3:2)
 
00:00 "Yuventus" (İtaliya) – "Portu" (Portuqaliya) -  3:2
Qol: Kyeza, 49; 63. Rabyo, 117 – S.Oliveyra, 19-pen; 115.
Turin, “Alyans Arena”. Baş hakim: Byorn Keypers (Niderland)

(ilk oyun  - 1:2)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest