Komandamızın heyətində Odina Əliyeva 10, Olena Həsənova və Yelizaveta Səmədova hərəyə 9, Kristina Yaqubova 6, Anastasiya Qurbanova, Ayşən Əbdüləzimova, Polina Rəhimova hərəyə 3, Aynur İmanova 1 xal yığıb. Digər 21 xal rəqib səhvlərindən əldə olunub.

Qadın voleybolçular arasında dünya çempionatının Türkiyə - Azərbaycan oyununun statistik göstəriciləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, yığmamızın 1:3 (24:26, 17:25, 25:22, 21:25) hesabı ilə uduzduğu görüşün ən məhsuldar oyunçusu Məryəm Boz olub.

Türkiyəli voleybolçu 23 xal toplayıb. Millimizdə isə Natalya Məmmədova 22 xalla fərqlənib.

Komandamızın heyətində Odina Əliyeva 10, Olena Həsənova və Yelizaveta Səmədova hərəyə 9, Kristina Yaqubova 6, Anastasiya Qurbanova, Ayşən Əbdüləzimova, Polina Rəhimova hərəyə 3, Aynur İmanova 1 xal yığıb. Digər 21 xal rəqib səhvlərindən əldə olunub.

Hücumda Məmmədova 17, Səmədova 9, Həsənova 8, Əliyeva 7, Qurbanova və Rəhimova 3, İmanova 1 dəfə dəqiq olub. Blokda isə Məmmədova, Əliyeva və Əbdüləzimova 3, Yaqubova 2 dəfə fərqlənib. Servisdə Yaqubova 4, Məmmədova 2, Əliyeva 1 dəfə qarşısıalınmaz olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest