UEFA-nın tvitlərinə görə, Mbappe bu qarşılaşmada Çempionlar Liqası rekordu vurdu. O, bu turnirin 1/8 və 1/4 finalında bir mövsümdə 5 qol vuran ilk futbolçu oldu.

ransanın PSJ klubunun hücumçusu Kilian Mbappe UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, o, buna çL-in 1/4 finalı çərçivəsində baş tutan Almaniyanın "Bavariya" klubu ilə səfər oyununda nail olub.
 
Münhendəki "Alyans Arena" stadionunda keçirilən qarşılaşma Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Fransa çempionunun heyətində Kilian Mbappe dubla imza atıbsa, digər qolu braziliyalı müdafiəçi Markinyos vurub.
 
UEFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, Mbappe tarixdə bir mövsüm çərçivəsində çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.
 
Qeyd edək ki, Mbappe bu mövsüm çL-də 8 qola imza atıb. 22 yaşlı futbolçu qitənin ən nüfuzlu turnirində bütövlükdə 26 qol vurub, 15 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest