“Barselona”nın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sabah”la keçirəcəyi oyun üçün Bakıya gətirəcəyi futbolçuların adları açıqlanıb.

Matc.az xəbər verir ki, Kataloniya klubu Azərbaycana 22 futbolçu ilə gələcək.

Siyahıda Joan Qarsiya, Voysex Şesni, Dominik Livakoviç, Joau Kanselu, Alexandro Balde, Pau Kubarsi, Jerar Martin, Jül Kunde, Erik Qarsiya, Aleks Kampos, Brayan Farinas, Qavi, Fermin Lopes, Pedri, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Qabriel Jezus, Rafinya, Kərim Adeyemi, Entoni Qordon və Cessi Bisivu yer alıblar.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest