Futbol üzrə UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.
 
Matc.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, rəmzi heyətdə İngiltərənin "çelsi" klubundan 4 futbolçu yer alıb:
 
Qapıçı: Eduard Mendi ("çelsi");
 
Müdafiəçilər: Sesar Aspilikueta, Ben çiluell (hər ikisi "çelsi"), Markinyos (PSJ);
 
Yarımmüdafiəçilər: Kevin de Bruyne, Fil Foden (hər ikisi "Mançester Siti"), Vinisius Junior, Marko Asensio (hər ikisi "Real"), Meyson Maunt ("çelsi");
 
Hücumçular: Neymar, Kilian Mbappe (PSJ).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest