UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı adına "Slaviya"dan (Praqa, çexiya) Tomaş Holeş, "Mançester Yunayted"dən Bruno Fernandes, "Vilyarreal"dan (İspaniya) Jerar Moreno, "Roma"dan (İtaliya) Pau Lopes namizəd göstərilib.
 
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest