"Nottingem Forest"in yeni baş məşqçisi məlum olub.

Matc.az xəbər verir ki, "qırmızılar" Anje Postekoqlu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat verib.

Avstraliyalı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Anje Postekoqlunun son iş yeri "Tottenhem" olub. "Nottingem Forest" isə Nunu Eşpiritu Santu ilə  yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest