09 Sentyabr 2025, 17:18
FUTBOL
"Atletik"ə transferi baş tutmayan Aymerik Laport karyerasını Türkiyə SuperLiqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
"Beşiktaş" "Əl-Nəsr"in ispaniyalı mərkəz müdafiəçisini transfer etmək istəyir. "Qara qartallar" Türkiyədə transfer pəncərəsinin bağlanmasına 3 gün qalmış 31 yaşlı futbolçunun keçidini yekunlaşdırmaq üçün səylərini davam etdirir.
Qeyd edək ki, Aymerik Laport 2023-cü ilin yayında "Mançester Siti"dən "Əl-Nəsr"ə keçib. Onun Səudiyyə Ərəbistanı klubu ilə 1 illik müqaviləsi qalıb.