"Qalatasaray"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Viktor Osimhen sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı forvard Nigeriya millisinin Ruanda ilə keçirdiyi DÇ-2026-nın seçmə mərhələ oyununda ayağında zədə alıb. Ulduz futbolçu Super Liqanın 5-ci turunun "Eyüpspor"la matçını buraxacaq.

Qarşılaşma 13 sentyabr tarixində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest