09 Sentyabr 2025, 16:13
FUTBOL
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"nin heyətində itki baş verib.
Matc.az xəbər verir ki, London təmsilçisinin yarımmüdaffiəçisi Dario Essuqo sıradan çıxıb.
20 yaşlı futbolçu Portuqaliya U-21 millisinin düşərgəsində ayaq əzələsindən zədə alıb. Gənc oyunçu bu gün əməliyyat olunub.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu 5 noyabr tarixində Bakıda baş tutacaq.