Matc.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatej” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.
Matc.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatej” stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz oyunu aşağıdakı heyətlə keçirib:
1. Həbib Hüşənov (12. Aftandil Arıxov, 68), 3. Vüsal Paşayev, 23. Rəşad Alışov, 21. Ömər Həsənli (18. Həzrət Səmədov, 74), 4. Məsud Əlişanlı, 5. Əlibəy Mahmudov, 19. Eltun Babazadə (11. Mehdi Mütəllimli, 68), 7. Ziya Şəkərxanov, 10. Şahin İbrahimov (16. Cəlil Allahverdiyev, 68), 8. Əliəkbər Rzazadə (13. Emil Həsənov, 74), 9. Nihad Orucəli (20. Arzu Mədətov, 74).
Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.