Premyer Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən "Sumqayıt" yoxlama görüşü keçirib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kimyaçılar" "Dalğa Arena"nın köməkçi meydançasında I Divizion təmsilçisi "Şüvəlan"la qarşılaşıb.

Ayxan Abbasovun yetirmələri 4:0 hesablı qələbə qazanıb. Elita klubunun qollarını 52, 68, 82 və 89-cu dəqiqələrdə müvafiq olaraq Murad Xaçayev, ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Rüfət Abdullazadə rəqib qapısından keçiriblər.

"Sumqayıt" meydana bu heyətlə çıxıb: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 5. Adil Nağıyev, 6. Səbuhi Abdullazadə, 7. Cavid Tağıyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 21. Arif Daşdəmirov, 97. Xəyal Nəcəfov, Valeh Seyidov

Meydana sonradan daxil olanlar: 12. Rəşad Əzizli, 9. Ehtiram Şahverdiyev, 20. Rüfət Abdullazadə, 25. Baxşəli Baxşəliyev, 70. ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 77. Murad Xaçayev, Mirkamil Haşımlı

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest