Bu gün Aç-2020-də yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

İlk yarımfinal qarşılaşması İtaliya və İspaniya yığmaları arasında keçirilib.

Londondakı "Uembli" stadionundakı qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən italyanlar finala yüksəliblər.

Qeyd edək ki, digər yarımfinal görüşündə sabah İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək.

Aç-2020
Yarımfinal
6 iyul

İtaliya – İspaniya 1:1 (penaltilər 4:2)
Qol: F.Kyeza, 60 – A.Morata, 80.
Baş hakim: Feliks Brıx (Almaniya).
London. "Uembli" stadionu.

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 8. Koke, 11. Ferran Torres, 12. Erik Qarsiya, 18. Jordi Alba, 19. Dani Olmo, 21. Mikel Oyarzabal, 24. Aymerik Laporte, 26. Pedri.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest