UEFA Aç-2020-nin rəmzi komandasını açıqlayıb. Matc.az xəbər verir ki, rəmzi heyətdə çempion İtaliya millisindən beş futbolçu yer alıb.
 
Finalda İtaliyaya penaltilərlə uduzan İngiltərə yığmasından isə üç futbolçu rəmzi heyətə düşüb.
 
Digər 3 futbolçu isə Danimarka, Belçika və İspaniya yığmalarının üzvləridir.
 
Qapıçı: Canluici Donnarumma (İtaliya);
 
Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinatsola (hər ikisi İtaliya);
 
Yarımmüdafiəçilər: Jorjinyo, Federiko Kyeza (hər ikisi İtaliya), Pyer-Emil Heyberq (Danimarka);
 
Hücumçular: Romelu Lukaku (Belçika), Rahim Sterlinq (İngiltərə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest