Azərbaycan çempionu "Neftçi" bu gün futbol üzrə çempionlar Liqasında (çL) növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi çL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) komandasını qəbul edib.

Bu komandalar arasında səfərdə baş tutan ilk oyun "ağ-qaralar"ın qələbəsiylə yekunlaşmışdı – 2:1. Bu üzdən Bakı klubuna mərhələ adlamaq üçün heç-heçə də sərf edirdi.

"Bakcell Arena"da baş tutan oyunu azarkeşlər də tribunadan izləyib. Son 9 avrokubok görüşünü qolsuz tərk etməyən "ağ-qaralar"ın bu dəfə də rəqib qapısına yol tapa bilib. Qarşılaşmada hesabı gürcülər açıblar. Amma sonradan iki qol vuran "Neftçi" yenə 2:1 qalib gəlib. Beləcə, Azərbaycan çempionu növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu cütün qalibi – "Neftçi" çL-in 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Olimpiakos"la qarşılaşacaq. Məğlub komanda – "Dinamo" isə yoluna Konfrans Liqasında davam edəcək. Bu komandanı "Makkabi" (Hayfa, İsrail) ilə duel gözləyir.

UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
14 iyul

Neftçi – Dinamo (Tiflis) 2:1
Qol: E.Mahmudov, 58-pen. N.Ələsgərov, 68 – M.Radin, 51.
Baş hakim: Dumitru Muntean (Moldova).
Bakı. "Bakcell Arena".

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 20. Mert çelik, 24. Yusuf Laval, 26. ömər Buludov, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 11. Harramiz Suares, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.
Dinamo: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Georgi Qabedava, 12. Levan Xarabadze, 15. Georgi Papava (k), 19. Simon Qbeqnon, 21. Georgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani.
Ehtiyat oyunçular: 1. Luka Kurtaladze, 13. Omar Migineişvili, 3. Aleksandr Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osei, 24. Nodar İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 31. Georgi çxetiani, 38. Nodari Kavtaradze.
Baş məşqçi: Kaxaber Sxadadze.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest