Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.

Günün ilk matçında Qazaxıstanın "Kayrat" və İsrailin "Makkabi" (Hayfa) klubları üz-üzə gəlib. Qazaxıstan çempionu inamlı qələbə sayəsində mərhələ adlayıb.

Azərbaycan çempionu "Neftçi" də növbəti matçına bu gün çıxıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv səfərdə qalib gəldiyi Gürcüstanın "Dinamo" (Tiflis) komandasını bu dəfə doğma meydanda qəbul edib və yenə eyni hesabla üstün olub.

Azərbaycan millisin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı da bu gün meydana çıxıb. Sözügedən komanda doğma meydanda Norveçin "Bodo Qlimt" komandasını inamlı qələbə ilə üstələyib.

UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
14 iyul

Kayrat (Qazaxıstan) – Makkabi (Hayfa, İsrail) 2:0
İlk oyun – 1:1

Alaşkert (Ermənistan) – Konnah (Uels) 1:0
İlk oyun – 2:2

Neftçi (Azərbaycan) – Dinamo (Tiflis, Gürcüstan) 2:1
İlk oyun – 2:1

Legiya (Polşa) – Bodo Qlimt (Norveç) 2:0
İlk oyun – 3:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest