Azərbaycan çempionu "Neftçi" ilə Gürcüstanın "Dinamo" (Tiflis) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.

Azərbaycan çempionu "Neftçi" ilə Gürcüstanın "Dinamo" (Tiflis) komandaları arasında keçiriləcək UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb. Matc.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
 
Satışın dayandırılmasına biletlərin bitməsi səbəb göstərilir. İyulun 13-də satışa 4000-dək bilet satışa çıxarılsa da, hamısı gün ərzində satılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah stadion tutumunun 50 faizinə azarkeşlərin buraxılmasına razılıq verdiyindən, 11 minlik "Bakcell Arena"da tribunaların yarısı boş qalacaq.
 
Satışdan əldə olunan vəsaitin yarısı Qarabağ Dirçəliş Fondu və "YAŞAT" Fonduna köçürüləcək.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Neftçi" – "Dinamo" oyununa saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest