Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimə Bakı vaxtı ilə 14:00-da start veriləcək.
 
Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək. 2-ci mərhələdə Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq "ağ-qaralar" püşkatmada səpələnmişlər səbətində yer alacaq.
 
Azərbaycan çempionu üçün 5 mümkün rəqib var. Yalnız "Alaşkert" (Ermənistan) – "Şerif" (Moldova) cütü flaqmana potensial rəqib ola bilməz.
 
3-cü təsnifat mərhələsinin görüşləri 3-4 və 10 avqustda oynanılacaq.
 
UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsi
 
Səpələnmişlər
 
"Dinamo" (Zaqreb, Xorvatiya) / "Omoniya" (Kipr) cütünün qalibi
"Slaviya" (çexiya)
"Olimpiakos" (Yunanıstan) / "Neftçi" (Azərbaycan) cütünün qalibi
"Slovan" (Slovakiya) / "Yanq Boyz" (İsveçrə) cütünün qalibi
"Kayrat" (Qazaxıstan) / "Srvena zvezda" (Serbiya) cütünün qalibi
"Reyncers" (Şotlandiya)
 
Səpələnməmişlər
 
"Mura" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan)
"Malmö" (İsveç) – HİK (Finlandiya)
"Linkoln" (Cəbəllütariq) – çFR Kluj (Rumıniya)
"Legiya" (Polşa) – "Flora" (Estoniya)
"Alaşkert" (Ermənistan) – "Şerif" (Moldova)
"Ferentsvaroş" (Macarıstan) – "Jalgiris" (Vilnüs, Litva)
 
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest