Tokio Yay Olimpiya Oyunlarında kişi basketbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün qrup mərhələsinin sonuncu turuna start verilib. A qrupunda Fransa İranı çətinlik çəkmədən məğlub edərək üçüncü matçından da qalib ayrılıb. "Xoruzlar" digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq lider kimi 1/4 finala yüksəlib. Qrupun digər oyununda iki eyni xala malik yığma - ABŞ və çexiya üz-üzə gəliblər. Bu görüşdə ABŞ millisi qələbə qazanan tərəf olub.
 
B qrupunda mübarizəyə yekun vurulub. Avstraliya Almaniyanı, İtaliya isə Nigeriyanı məğlub edib. Nəticədə hər iki komanda mərhələ adlayıb. Almaniya ən yaxşı qrup üçüncülərindən biri olmaq və "son səkkizliy"ə vəsiqə əldə etmək şansını saxlayır.
 
A qrupu
 
İran - Fransa - 62:79
 
ABŞ - çexiya 119:84
 
Turnir cədvəli: 1. Fransa (3-0 / 6 xal), 2. ABŞ (2-1 / 5), 3. çexiya (1-2 / 3), 4. İran (0-3 / 3).
 
B qrupu
 
İtaliya - Nigeriya - 80:71
 
Avstraliya - Almaniya - 89:76
 
Turnir cədvəli: 1. Avstraliya (3-0 / 6 xal), 2. İtaliya (2-1 / 5), 3. Almaniya (1-2 / 4), 4. Nigeriya (0-3 / 3).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest