Futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - AEL (Kipr) cütünün qalibinin turnirin pley-off mərhələsindəki potensial rəqibləri açıqlanıb. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu cütün qalibi 1-ci qrupda səpələnmişlər siyahısında yer alacaq.
 
Pley-offa yüksələcək komanda aşağıda qeyd olunan cütlərin birinin qalibi ilə qarşılaşacaq.
 
çSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya)
 
"Pasuş de Ferreyra" (Portuqaliya) - "Larne" (Şimali İrlandiya)
 
"Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)
 
"çukariçki" (Serbiya) - "Hammarbü" (İsveç)
 
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest