Futbol üzrə UEFA çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşı hücumçusu açıqlanıb. Matc.az xəbər verir ki, kişi oyunçular arasında bu ada Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Haland layiq görülüb.
 
O, səsvermədə 202 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Onun ən yaxın izləyicisi Kilian Mbappe (PSJ) 154 xalla ikinci olub.
 
Qadınlardan isə sözügedən mükafata İspaniya "Barselona"sından Yenni Hermoso sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest