"Qalatasaray"la yollarını ayıran Radamel Falkao bundan sonrakı karyerasını İspaniyanın "Rayo Valyekano" klubunda davam etdirəcək. Matc.az xəbər verir ki, kolumbiyalı hücumçunun "Rayo Valyekano"da geyinəcəyi formanın nömrəsi də məlum olub.
 
"Marka" nəşrinin məlumatına görə, Falkao yeni komandasında 3 nömrəli formada mübarizə aparacaq. 35 yaşlı hücumçunun adətən müdafiəçilərin daşıdığı "3"-ü seçməsi təəccüblə qarşılanıb.
 
Falkao karyerası ərzində "Portu", "Atletiko", "Monako", "çelsi", "Mançester Yunayted" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest