15 İyul 2026, 02:34
FUTBOL
İspaniya millisinin müdafiəçisi Pedro Porro 2026-cı il dünya çempionatının Fransa yığmasına qarşı keçirilən yarımfinal oyununun ən yaxşı futbolçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, qarşılaşmanın 58-ci dəqiqəsində komandasının ikinci qoluna imza atıb. Görüş isə ispaniyalıların 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, turnirin ikinci finalçısı Argentina və İngiltərə yığmaları arasındakı qarşılaşmada müəyyənləşəcək. Komandalar iyulun 15-də yarımfinal matçına çıxacaqlar.













