Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan Kiyev “Dinamo”su ilə ev oyunu “Barselona”nın vitse-kapitanı Jerar Pike üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, ispaniyalı təcrübəli futbolçu Ukrayna klubu üzərində 1:0 hesabı ilə qalib gəldikləri görüşdə Çempionlar Liqası (ÇL) tarixində ən çox qol vuran müdafiəçi rekordunu təkrarlayıb. O, 16 qolla rekordçu Roberto Karlosa çatıb. Üçüncü pillədə qərarlaşan Serxio Ramosun hesabında 15 qol var.
 
Jerar Pike həm də “Barselona”nın bu turnirdəki ən yaşlı qolçusu olub. İspaniyalı 34 yaş 260 günlüyündə fərqlənib. O, Silvinyo (34 yaş 241 gün) və Henrik Larssonu (34 yaş 63 gün) geridə qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest