Bu gün futbol üzrə UEFA çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə dörd qrup üzrə daha 8 qarşılaşma keçirilib.

A qrupunda "Mançester Siti" "Brügge"ni, "Leyptsiq" isə PSJ-ni sınağa çəkib. İngiltərə təmsilçisi qələbə qazandığı halda, Fransa klubu səfərdə 1 xalla kifayətlənib.

B qrupunda günün ilk matçı İtaliyada "Milan"la "Portu" arasında olub. İtaliya təmsilçisi bu görüşdə ilk xalını qazanıb. Digər görüşdə "Liverpul" evdə Madrid "Atletiko"su ilə qarşılaşmadan inamlı qələbəylə ayrılıb və növbəti mərhələyə vəsiqə qazanıb.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Portuqaliyada "Sportinq"in qonağı olub. İstanbul klubu bu oyunda da darmadağına üzülüb və qrupdan çıxmaq şanslarını itirib. Qrupun digər matçında Dortmund "Borussiya"sı "Ayaks"ı qəbul edib. Qonaqlar bu oyundan qalib ayrılmaqla növbəti mərhələyə vəsiqəni təmin ediblər.

D qrupunda "Real" evdə Donetsk "Şaxtyor"u üzərində əzmkar qələbəyə sevinib. "Şerif"in qonağı olan "İnter" də sürprizə imkan verməyib.

Xatırladaq ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bayern" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin etmişdilər.

UEFA çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
3 noyabr

A qrupu

"Mançester Siti" (İngiltərə) – "Brügge" (Belçika) 4:1
Qol: Foden, 15. Mahrez, 54. Sterlinq, 72. Q.Jezus, 90+2 – Stounz, 17-öz qapısına.

"Leyptsiq" (Almaniya) – PSJ (Fransa) 2:2
Qol: Nkunku, 8. Soboslai, 90+2-pen – Veynaldum, 21; 39.

Xal durumu: Mançester Siti – 9, PSJ – 8, Brügge – 4, Leyptsiq – 1.

B qrupu

"Milan" (İtaliya) – "Portu" (Portuqaliya) 1:1
Qol: Mbemba, 61-öz qapısına – L.Dias, 6.

"Liverpul" (İngiltərə) – "Atletiko" (Madrid, İspaniya) 2:0
Qol: Jota, 13. Mane, 21.

Xal durumu: Liverpul – 12, Portu – 5, Atletiko – 4, Milan – 1

C qrupu

"Sportinq" (Portuqaliya) – "Beşiktaş" (Türkiyə) 4:0
Qol: Pedro, 31; 38. Paulinyo, 41. Sarabiya, 56.

"Borussiya" (Dortmund, Almaniya) – "Ayaks" (Niderland) 1:3
Qol: Roys, 37-pen – Tadiç, 72. Haller, 83. Klaassen, 90+3.

Xal durumu: Ayaks – 12, Borussiya – 6, Sportinq – 6, Beşiktaş – 0.

D qrupu

"Real" (İspaniya) – "Şaxtyor" (Donetsk, Ukrayna) 2:1
Qol: Benzema, 14; 61 – Fernando, 39.

"Şerif" (Moldova) – "İnter" (İtaliya) 1:3
Qol: Traore, 90+2 – Brozoviç, 54. Şkrinyar, 66. A.Sançes, 82.

Xal durumu: Real – 9, İnter – 7, Şerif – 6, Şaxtyor – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest