Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovski UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu buna evdə Portuqaliyanın "Benfika" komandasını 5:2 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin 4-cü tur oyununda nail olub.
 
Bu oyunda het-trik edən polşalı forvard turnirdəki 100-cü matçında 80-ci qola imza atan ilk oyunçu kimi tarixə düşüb.
 
Fransa PSJ-sində çıxış edən Lionel Messi 102-ci qarşılaşmasında, İngiltərənin "Mançester Yunayted" klubunda şərəfini qoruyan Kristiano Ronaldo isə 116-cı görüşündə eyni sayda qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest