Şəhriyar artıq təkcə norveçli Maqnus Karlson (2845) və ABŞ təmsilçisi Fabiano Karuanadan (2828) deyil, həm də önə buraxdığı çinli Lifen Dinq (2812) və hollandiyalı Ariş Giridən (2797) də geri qalır.

Şahmatçıların FİDE reytinqi açıqlanıb. Matc.az saytı xəbər verir ki, fevral reytinqində Azərbaycanın 9 şahmatçısı ilk "yüzlük"də yer alıb.

Bunlardan 6-sı kişi, 3-ü xanım zəka sahibidi. Kişilər arasında ən yaxşı təmsilçimiz Şəhriyar Məmmədyarov 2790 xalla 5-cidi. O, ötən ayla müqayisədə 2 pillə geriləyib.

Şəhriyar artıq təkcə norveçli Maqnus Karlson (2845) və ABŞ təmsilçisi Fabiano Karuanadan (2828) deyil, həm də önə buraxdığı çinli Lifen Dinq (2812) və hollandiyalı Ariş Giridən (2797) də geri qalır.

Hesabında 2756 xal olan Teymur Rəcəbov 1 pillə irəliləyərək 13-cü sırada yer alıb. 2732 xalla 22-ci pillədə qərarlaşan Arkadi Naydiç isə 1 addım geriləyib.

2703 xala malik Rauf Məmmədov 3 pillə geriləyib və siyahıda 42-cıdı. 2681 xala malik Eltac Səfərli 1 pillə geriləməklə 63-cü sıraya enib. Aktivində 2664 xal olan Qədir Hüseynov isə 82-ci yerə enib. Şahmatçımız da bir addım geriləyib.

Qadın şahmatçıların siyahısında ən yaxşı təmsilçimiz Günay Məmmədzadədi. 2422 xala malik şahmatçımız 49-cu pillədəki mövqeyini qoruyub.

2397 xal malik Xanım Balacayeva 1 pillə irəliləyib. O, 64-cü sıradadı. Gülnar Məmmədova 2368 xalla 99-cu sırada qalıb   .

Qeyd edək ki, qadın şahmatçıların siyahısına çinli Yifan Hou başçılıq edir – 2662 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest