UEFA çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən PSJ – "Srvena Zvezda" oyunu ilə bağlı istintaq başladılıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarşılaşmanın nəticəsi şübhəli bilinir.

UEFA məsələ ilə bağlı fransızları məlumatlandırıb. Belə ki, matçdan bir neçə gün əvvəl "Srvena Zvezda" rəsmilərindən birinin PSJ-nin 5 top fərqi ilə qalib gəlməsinə 5 milyon avro pul yatırdığı aşkarlanıb. Parislilərin 6:1 hesabı ilə qalib gəlməsi də bu şübhələri artırıb. Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, PSJ-nin heyətində Neymarın het-trik, Edinson Kavani, Anxel Di Mariya və Kilian Mbappenin hərəyə bir dəfə fərqləndiyi qarşılaşmada "Srvena Zvezda"nın yeganə qoluna Marko Marin imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest