Futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki oyun baş tutub.

"Real" Madriddə PSJ-ni qəbul edib. Bu komandalar arasındakı ilk görüş Paris klubunun 1:0 hesablı qələbəsiylə başa çatmışdı. Cavab görüşündə də hesabı fransızlar açıblar. Yenə Kilian Mbappe fərqlənib. Amma qalan dəqiqələrdə Fransa yığmasının digər hücumçusu – "Real"ın formasını geyinən Kərim Benzema səhnəyə çıxaraq ardıcıl 3 qol vurub və İspaniya təmsilçisi əzmkar qələbə sayəsində 1/4 finala yüksəlib.

Digər qarşılaşmada isə "Mançester Siti" "Sportinq"i sınağa çəkib. İlk oyunda 0:5 hesabıyla məğlub olan Portuqaliya klubu üçün bu oyunun formal xarakter daşıdığını demək olardı. Cavab görüşündə hesab açılmayıb. Beləcə, İngiltərə təmsilçisi növbəti mərhələyə adlayıb.

UEFA çempionlar Liqası
1/8 finalın cavab oyunları
9 mart

Real (İspaniya) – PSJ (Fransa) 3:1
Qol: Benzema, 61; 76; 78 – Mbappe, 39.
Baş hakim: Denni Makkelini (Niderland).
İlk oyun – 0:1.

Mançester Siti (İngiltərə) – Sportinq (Portuqaliya) 0:0
Baş hakim: Halil Mehler (Türkiyə).
İlk oyun – 5:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest