İngiltərənin "Liverpul" komandası son bir ildə ilk dəfə öz meydanında məğlub olub. Matc.az xəbər verir ki, mersisaydlılar UEFA çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "İnter"ə uduzub (0:1).
 
"Liverpul"un "Enfild Roud"da bütün turnirlərdə məğlubiyyətsiz seriyası 28 matçdır (21 qələbə, 7 heç-heçə).
 
"Qırmızılar" sonuncu dəfə evdə 2021-ci il martın 7-də, İngiltərə Premyer Liqasının "Fulhem"lə matçında (0:1) məğlub olub.
 
"İnter"dən əvvəl son bir il ərzində heç kim "Enfild"də qalib gəlməmişdi.
 
"Liverpul" iki oyunun nəticəsinə görə (0:1, 2:0) "İnter"i məğlub edərək, çL-də növbəti mərhələyə adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest