Fransanın PSJ klububunun hücumçusu Lionel Messi son 15 ildə ilk dəfə UEFA çempionlar Liqasının pley-off mərhələsində qol vurmayıb. Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu son olaraq İspaniya "Real"ına qarşı 1/8 final mərhələsinin oyunlarında fərqlənə bilməyib.
 
Parisdə rəqibini 1:0 hesabı ilə məğlub edən komanda Madriddə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
 
Messi daha əvvəl 2007-ci ilin fevralında pley-off görüşlərində eyni uğursuzluğu yaşayıb. İngiltərə "Liverpul"u həmin vaxt İspaniya "Barselona"sını evdə 1:0, səfərdə 2:1 hesabı ilə üstələmişdi.
 
Lionel Messi PSJ-yə ötən ilin avqustunda "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest