Kərim Benzema çempionlar Liqasında möhtəşəm uğura imza atıb. "Real"ın hücumçusu çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununda (3:1) het-trik edib.
 
Matc.az xəbər verir ki, fransalı hücumçu 18 il ardıcıl olaraq çempionlar Liqasında qol vuran ilk futbolçu olub. Benzema çL-də ilk qolunu 2005-ci ildə, "Lion"da oynayarkən Norveç "Rusenborq"una vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest