Futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab oyunundan sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb. Matc.az xəbər verir ki, bu ada İspaniya "Real"ının hücumçusu Kərim Benzema layiq görülüb.
 
35 yaşlı fransalı forvard ötən gecə doğma meydanda Fransa PSJ-sinə 3:1 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atıb. Nəticədə iki oyunun nəticəsinə əsasən, 3:2 hesablı qələbə qazanan Madrid klubu 1/4 finala adlayıb.
 
Xatırladaq ki, çL-də həftənin ən yaxşı oyunçusu adına Robert Levandovski ("Bayern", Almaniya), Fernandinyo ("Mançester Siti", İngiltərə) və Milan Şkrinyar ("İnter", İtaliya) da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest