Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib. Matc.az xəbər verir ki, bununla da 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin ən diqqətçəkən görüşü İngiltərədə "Mançester Yunayted" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında baş tutub. Madriddə keçirilmiş ilk qarşılaşmada qalib müəyyənləşməmişdi. Cavab görüşündə "qırmızı şeytanlar"ı səfərdə məğlub edən İspaniya təmsilçisi 1/4 finala vəsiqə qazanıb.

Gecənin digər matçında isə Niderland "Ayaks"ı Portuqaliya "Benfika"sını qəbul edib. Lissabondakı ilk matçda məhsuldar heç-heçə qeydə alınmışdı. Bu görüşdə də qonaqlar minimal hesabla qalib gəlib və növbəti mərhələyə yüksəlib.

Daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real" və Almaniyanın "Bayern" klubları 1/4 finala vəsiqə əldə edib.

UEFA çempionlar Liqası
1/8 finalın cavab oyunları
15 mart

"Mançester Yunayted" (İngiltərə) – "Atletiko" (İspaniya) 0:1
Qol: Lodi, 41.
İlk oyun – 1:1

"Ayaks" (Niderland) – "Benfika" (Portuqaliya) 0:1
Qol: Nunez, 77.
İlk oyun – 2:2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest