"Bu, tək ondan asılı deyil. Madriddəki matçın ilk yarısında "Mançester Yunayted"in necə oynamamalı olduğunu göstərdik"

"Atletiko" rəqibin topa sahib olmağının əleyhinə deyil". Matc.az xəbər verir ki, bunu "Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik deyib. O, çempionlar Liqasının 1/8 final mərhələsinin Madrid "Atletiko"su ilə cavab oyunu barədə gözləntilərini bölüşüb.
 
"İspaniya çempionatının son görüşlərində "Atletiko" ardıcıl olaraq topa sahiblikdən məhrum olub. Biz buna hazırıq. Təbii ki, ilk qol vurmaq çox vacib olacaq. Bu, həlledici əhəmiyyətə malikdir. Əlbəttə, çalışacağıq ki, heç vaxt üstünlüyü əldən verməyək, amma ən əsası hesab açmaqdır. Ronaldo həftəsonu "Tottenham"a qarşı yaxşı oynadı. "Atletiko" ilə matçda ondan eyni şeyi gözləyirik. Amma bu, təkcə Ronaldodan asılı deyil. Madriddəki matçın ilk yarısında "Mançester Yunayted"in necə oynamamalı olduğunu göstərdik. Dünən komanda ilə bu haqda çox danışdıq",  - deyə Ranqnik bildirib. 
 
Xatırladaq ki, bu komandalar arasındakı ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest