"Mançester Yunayted"in əfsanəvi futbolçusu Pol Skoulz komandanın hazırkı baş məşqçisi Ralf Rankniqi tənqid edib. Matc.az xəbər verir ki, komandanın uğur qazanması üçün daha təcrübəli mütəxəssis cəlb etməyin vacibliyini bildirib.

"Başa düşmürəm, bu adamı niyə baş məşqçi təyin ediblər? "Mançester Yunayted"ə uyğun bir məşqçi tapmaq vacibdir. Komandada həqiqətən istedadlı oyunçular var. Uğura yaxınlaşmaq üçün lazım olan məşqçini tapmaq birinci məsələdir" - deyə, Skoulz vurğulayıb.

Xatırladaq ki, "Mançester Yunayted" dünən gecə öz meydanında "Atletiko"ya uduzaraq (0:1, ilk oyun 1:1) çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest