"Lill" bizi çox sıxdı, cəsarətli idi və itirəcək heç nələri yoxmuş kimi davrandı. Rəqib 4-4-2 sxeminin hücum variantından istifadə edəcək"

"Mendi? O, güclü xarakterə malik əla oğlandır. Həm də təvazökardır. Düşünürəm ki, "çelsi"də azarkeşlər də daxil olmaqla, hər kəs ona yaxşılıq arzulayır, çünki komandaya hər şeyini verir. O, əsas rol oynayır, ona görə də məmnunam". Matc.az xəbər verir ki, bunu "çelsi"nin baş məşqçisi Tomas Tuhel çempionlar Liqasının 1/8 final mərhələsinin "Lill"lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. 
 
Fransızlarla görüşdən danışan Tuhel bildirib ki, rəqib ilk oyunda uduzsa da, çox yaxşı təsir bağışlamışdı: "Düşünürəm ki, "Lill" Londonda əla iş gördü. Komanda fiziki cəhətdən əla görünürdü, cəsarətlə hücuma keçdi və ümumilikdə heyran qaldı. "Lill" bizi çox sıxdı, cəsarətli idi və itirəcək heç nələri yoxmuş kimi davrandı. Rəqib 4-4-2 sxeminin hücum variantından istifadə edəcək. Yəni aqressiv, çevik oynayacaqlar. Biz buna hazır olmalıyıq, amma həm də arxayınıq. İlk oyundakı 2:0 hesabı hələ heç nəyə zəmanət vermir. Biz yenə də ən yaxşı oyunumuzu göstərməliyik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest