"Çox xoşbəxtəm. İnsanlar uğur qazanmaq üçün çox çalışır. Uşaqlar əla görüş keçirdilər"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone komandasının çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Mançester Yunayted" üzərində qazandığı qələbəni şərh edib. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis bildirib ki, qazanılan qələbə bütün komandanın uğurudur.  
"çox xoşbəxtəm. İnsanlar uğur qazanmaq üçün çox çalışır. Uşaqlar əla görüş keçirdilər - mövsümün ən yaxşı oyunlarından birini keçirdik. 5-3-2 taktiki sxemi ilə oynamağa başlasaq da, sonra 5-4-1-ə keçdik. Müdafiə yaxşı oynadı. Bu, komandanın uğurudur" – deyə, Simeone bildirib.
Xatırladaq ki, çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Mançester Yunayted" "Old Trafford"da "Atletiko"nu qəbul edib. Oyun Madrid təmsilçisinin qələbəsi ilə başa çatıb. Yeganə qolu Renan Lodi vurub.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest