"Atletiko" çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda (ilk oyun 1:1) səfərdə "Mançester Yunayted"ə qalib gəlib (1:0). Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi turnir tarixində evdə heç bir oyunda qalib gəlmədən çempionlar Liqasında 1/4 finala yüksələn ilk klub olub.
 
"Atletiko" daha əvvəl çempionlar Liqasının qrup mərhələsində evdə "Portu" ilə heç-heçə edib (0:0), "Liverpul" (2:3) və "Milan"a (0:1) uduzub.
 
"Hindular" iki oyunun nəticəsinə görə "Mançester Yunayted"i keçərək, çL-in 1/4 final mərhələsinə vəsiqə əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest