"Vilyarreal"ın baş məşqçisi Unay Emeri çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 1:0 hesabı ilə qalib gəldikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, Münhen təmsilçisini cavab görüşündə də məğlub etməyə çalışacaqlarını deyib: "İlk matçdakı yaxşı oyunla kifayətlənməyəcəyik. "Bavariya"nı yenə məğlub etməyə çalışacağıq. 1:0 hesablı qələbə yetərli deyil. "Bavariya" favoritdir, onların uduzması normal deyil. Sevinə bilərik, amma diqqətli olmalıyıq. Qarşıda hələ 90 dəqiqə var və mən "Bavariya"nı yenə məğlub etmək istəyirəm. Buna nail ola bilməsək, məyus olacağam".
 
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 12-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest