Futbol üzrə UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada İspaniyanın "Real" komandasının hücumçusu Kərim Benzema layiq görülüb.
 
Fransalı forvard 1/4 final mərhələsi çərçivəsində İngiltərədə "çelsi"yə qarşı keçirdikləri ilk oyunda het-trikə imza atıb.
 
Həftənin oyunçusu adına "Vilyarreal"dan Covani Lo çelso, İngiltərənin "Liverpul" klubundan Luis Dias və "Mançester Siti"dən Kevin De Bruyne də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest