"İlk matç vacib idi. Yaxşı oynaya bilmədik. Son həftələrin ən baxımlı futbolunu oynasaq da, alınmadı. Ciddi imtahan oldu. Bu qədər qatı müdafiə olunan komandalara qarşı nəsə etmək çətindir"

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann çempionlar Liqasında "Vilyarreal"a qarşı keçirdikləri oyunu (1:1) şərh edib. Matc.az xəbər verir ki, alman mütəxəssis turnirə vida etdikləri matçla bağlı bunları deyib:
 
"İlk matç vacib idi. Yaxşı oynaya bilmədik. Son həftələrin ən baxımlı futbolunu oynasaq da, alınmadı. Ciddi imtahan oldu. Bu qədər qatı müdafiə olunan komandalara qarşı nəsə etmək çətindir.
 
Buraxdığımız qolda rəqib oyunçu topa heç düzgün vura bilmədi. Geridə boşluq çox buraxmışdıq. Məğlub olduq. Narahat deyiləm, dünyada baş verən verən daha pis şeylər var.
 
çempionlar Liqasında yarımfinala yüksəlmək minimum hədəfimiz idi. Bunu bacarmadıq. Tək Bundesliqanı qazanmaq kifayət deyil"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest