"Matçdan razı qaldım. Qələbə qazanmaq və irəli getmək istəyirik. Məqsədimiz heç kimin oynamaq istəmədiyi komanda olmaqdır"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp çempionlar Liqasının 1/4 finalında "Benfika"ya qarşı keçirəcəkləri cavab matçından əvvəl fikirlərini bildirib. Matc.az xəbər verir ki, alman mütəxəssis oyunla bağlı bunları söyləyib:
 
"İlk oyundakı 3:1 hesabı aldadıcı ola bilər. Yaxşı nəticədir, lakin "İnter"lə matçdakı kimi bir qol buraxsaq, vəziyyət dəyişə bilər. "Benfika" ilə səfərdə yaxşı oynadıq. Matçdan razı qaldım. Qələbə qazanmaq və irəli getmək istəyirik. Məqsədimiz heç kimin oynamaq istəmədiyi komanda olmaqdır".
 
"Liverpul" - "Benfika" matçı saat 23:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda ingilislər 3:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest