İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İspaniyanın "Atletiko" (Madrid) komandasının ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunun tribunalarının qismən bağlanması ilə bağlı qərarını müvəqqəti ləğv edib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Madrid təmsilçisinin evdə İngiltərənin "Mançester Siti" komandasına qarşı keçirəcəyi çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda azarkeş sayına məhdudiyyət qoyulmayacaq. Bileti və mövsümlük abunəçiliyi olan bütün tərəfdarlar arenaya daxil ola biləcəklər.
 
Xatırladaq ki, UEFA Mançesterdəki ilk qarşılaşma zamanı iki komandanın azarkeşləri arasında baş vermiş insident səbəbindən "Atletiko"ya sanksiya tətbiq edib. İspaniya təmsilçisi həmin oyunda 0:1 hesabıyla məğlub olub. Cavab oyunu bu gün baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest