"Mançester Yunayted" Çempionlar Liqasında iştirakını 1/8 final mərhələsində Madrid "Atletiko"suna uduzaraq (1:2) başa vurmuşdu. "Mankunianlar" sonuncu dəfə 2010/2011 mövsümündə yarımfinala yüksəlmişdi.

UEFA çempionlar Liqasının 1/4 final mərhələsində "Benfika"nı mübarizədən kənarlaşdıran "Liverpul" İngiltərə klublarının rekordunu ələ keçirib. Matc.az xəbər verir ki,  Yurgen Kloppun komandası 12-ci dəfə avrokubokların yarımfinalına yüksəlib. Bu rekord "Mançester Yunayted"ə məxsus idi.

"Mançester Yunayted" çempionlar Liqasında iştirakını 1/8 final mərhələsində Madrid "Atletiko"suna uduzaraq (1:2) başa vurmuşdu. "Mankunianlar" sonuncu dəfə 2010/2011 mövsümündə yarımfinala yüksəlmişdi.

çempionlar Liqasının finalı mayın 28-də, Fransada "Stad de Frans" stadionunda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest