"Barselona"nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının qalibi olmağın klubun tarixi üçün əhəmiyyətindən danışıb. Matc.az xəbər verir ki, o, komandasının bu yarışda iddialı olduğunu bildirib.
 
"Topu necə itirməmək üzərində çalışmalıyıq. Azarkeşlərimiz qarşısında oynayacağıq və bu, bizim üçün yaxşı olmalıdır. Heç bir bəhanə ola bilməz. Biz ən böyük ambisiyaları olan klubuq. Qalib gəlməli və yaxşı futbol nümayiş etdirməliyik. Avropa Liqasını qazanacağımıza ümid edirik. Bu, klubun kolleksiyasında olmayan yeganə kubokdur" - Xavidən vurğulayıb.
 
Xatırladaq ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Barselona"  "Ayntraxt"la heç-heçə oynayıb – 1:1. Cavab qarşılaşması bu gün "Nou Kamp" stadionunda keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest